- İtaliya S.A.
- 22:35 19.06.2025
Təcrübəli mütəxəssis Massimiliano Alleqri “Milan”dan baş məşqçi təklifi alıb.
90deqiqe.Az xəbər verir ki, “rossoneri” Serxio Konseysao ilə əməkdaşlığı davam etdirməməyi qərara alıb və yeni çalışdırıcı axtarışındadır. İlk prioritet Vincenzo Italiano olsa da, "Bolonya" onu komandada saxlaya bilib. İndi klub Alleqrinin namizədliyinə üstünlük verir.
İşsiz olan Alleqrinin iki illik müqavilə ilə illik 5 milyon avro maaş alacağı bildirilir. “Milan” rəhbərliyi danışıqların müsbət yekunlaşacağına əmindir. Qeyd olunur ki, Alleqri yaxınlarda “Napoli”də Antonio Konteni əvəzləmək üçün favorit idi.