14 may 2026. Cümə axşamı

Sarri A Seriya klubuna qayıda bilər


Sarri A Seriya klubuna qayıda bilər

Təcrübəli çalışdırıcı Mauritsio Sarri “Latsio”ya qayıda bilər.

90deqiqe.Az xəbər verir ki, italiyalı mütəxəssis klubdan ayrıldığı 2024-cü ilin martından bəri Romada, müqaviləsiz formada yaşayır.

 “Latsio” Sarrini yenidən baş məşqçi postuna gətirməyi planlaşdırır. Klub ona mövsümə görə 2,8 milyon avro olmaqla iki illik müqavilə təklif edib.

Tərəflər arasında danışıqlar davam edir. Sarri daha əvvəl “Latsio”nu üç mövsüm ərzində çalışdırmışdı.

Bu müddət ərzində komanda 137 oyun keçirib, 65 dəfə qalib gəlib, 30 dəfə heç-heçə edib, 42 dəfə məğlub olub.

Xatırladaq ki, “Latsio” A Seriyasının son turunda evdə “Leççe”yə uduzub (0:1) bu səbəbdən avrokuboksuz qalıb.







İtaliya S.A.

“Fabreqas uğur qazanmağı bacardı”
  • İtaliya S.A.
  • 21:27 14.05.2026
“Fabreqas uğur qazanmağı bacardı”
 “Kremoneze” evdə qələbə qazandı
  • İtaliya S.A.
  • 21:23 10.05.2026
“Kremoneze” evdə qələbə qazandı
“Fiorentina” evdə xal itirdi
  • İtaliya S.A.
  • 21:15 10.05.2026
“Fiorentina” evdə xal itirdi
“Yuventus”a bir qol bəs etdi
  • İtaliya S.A.
  • 01:05 10.05.2026
“Yuventus”a bir qol bəs etdi