- İtaliya S.A.
- 05:07 15.06.2025
İtaliyalı təcrübəli mütəxəssis Can Piero Qasperini “Roma”nın baş məşqçisi postuna təyin olunmağa yaxındır.
90deqiqe.Az-ın "Radio Mana Sport Roma"ya istinadən yaydığı məlumata görə, cümə axşamı Qasperini ilə klub rəhbərliyi arasında görüş keçirilib və bu barədə sosial şəbəkələrdə foto da paylaşılıb.
Məlumatlara əsasən, görüş zamanı tərəflər mümkün əməkdaşlığın şərtlərini və müqavilənin detallarını müzakirə ediblər. Rəsmi təyinat hələlik açıqlanmasa da, danışıqların müsbət nəticələnəcəyi gözlənilir.
Qeyd edək ki, Qasperini “Atalanta” klubunda 9 mövsüm işləyib və komandanı Avropa səviyyəsində uğurlu nəticələrlə yadda saxlayıb. “Roma” isə A Seriyasında mövsümü beşinci pillədə başa vuraraq 2024/2025 mövsümündə UEFA Avropa Liqasında iştirak hüququ qazanıb.