- İtaliya S.A.
- 23:33 04.12.2025
“Fiorentina”nın yarımmüdafiəçisi Nikolo Zaniolo “Roma” klubunun onun haqqında yayılan məlumatlarını təkzib edib.
90deqiqe.Az-ın məlumatına görə, 25 yaşlı futbolçu açıqlamasında soyunub-geyinmə otağında fiziki insidentin baş vermədiyini bildirib.
İtaliyalı futbolçu qeyd edib ki, heç bir kin-küdurət olmadan keçmiş komandası “Roma”nın futbolçularını və “Fiorentina” yoldaşlarını təbrik etmək üçün soyunub-geyinmə otağına daxil olub. Lakin orada düşmənçiliklə qarşılaşdığını vurğulayıb
“Mənim tərəfimdən heç bir fiziki aqressiv davranış olmayıb.”
Əvvəlki məlumatlarda Zaniolonun sərxoş olduğu və “Roma”nın iki futbolçusunun ona hücum etdiyi bildirilmişdi. Lakin Zaniolo bu hadisənin araşdırılması prosesinə hörmət etdiyini və təfərrüatları bundan sonra açıqlamayacağını əlavə edib.
Hadisə “Roma”nın gənclər komandasının oyunundan sonra baş verib və futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub.