15 iyun 2025. Bazar günü

Alleqri “Milan”a qayıdır


Alleqri “Milan”a qayıdır

Maksimiliano Alleqri “Milan”ın yeni baş məşqçisi olacaq.

90deqiqe.Az-ın məlumatına görə, tərəflər artıq razılığa gəlib və müqavilə imzalanıb. Rəsmi açıqlamanın yaxın günlərdə verilməsi gözlənilir.

Alleqrinin təyinatı “Milan” azarkeşləri tərəfindən böyük rəğbətlə qarşılanıb. Klubun sosial media səhifələrindəki rəylər və fan qruplarının açıqlamaları təcrübəli mütəxəssisin gəlişinə ümumi dəstək olduğunu göstərir.

Azarkeşlər Alleqrinin əvvəlki “Milan” dövrü ilə indiki vəziyyət arasında paralellər aparırlar. Xüsusilə Rafael Leaunun Ronaldinyo ilə müqayisə edilməsi diqqət çəkir. İtalyan mütəxəssisin portuqaliyalı futbolçunu daha sabit və məhsuldar oyunçuya çevirməsi gözlənilir.

Qeyd edək ki, Alleqri daha əvvəl “Yuventus”la bir neçə dəfə A Seriyasının çempionu olmuş və komandanı Çempionlar Liqasının finalına qədər aparmışdı. Onun “Milan”dakı ikinci dönəminin necə keçəcəyi maraqla gözlənilir.







İtaliya S.A.

Pioli A Seriyasına qayıdır
  • İtaliya S.A.
  • 12:58 14.06.2025
Pioli A Seriyasına qayıdır
"Latsio" Pedroyla müqaviləni uzatdı
  • İtaliya S.A.
  • 23:54 12.06.2025
"Latsio" Pedroyla müqaviləni uzatdı