14 may 2026. Cümə axşamı

“Fiorentina” De Xeanı saxlamaqda qərarlıdır


“Fiorentina” De Xeanı saxlamaqda qərarlıdır

İspaniyalı qapıçı David de Xea “Fiorentina” ilə müqaviləsini uzatmağa hazırlaşır.

90deqiqe.Az-ın "Tuttomercatoweb"ə istinadən yaydığı məlumata görə, tərəflər arasında danışıqlar müsbət məcrada davam edir və yaxın günlərdə razılaşmanın rəsmiləşdirilməsi gözlənilir.

Xatırladaq ki, De Xea ötən ilin avqustunda bir mövsümlük fasilədən sonra “Fiorentina”ya qoşulub. O, bu müddət ərzində A Seriya klubunun heyətində 42 rəsmi oyunda forma geyinib və 50 qol buraxıb.

Mövcud müqavilədə uzadılma bəndi olsa da, “Fiorentina” 33 yaşlı qapıçını daha uzun müddət heyətində saxlamaq niyyətindədir. Yeni sözləşmənin 2028-ci ilin ortalarınadək qüvvədə olacağı gözlənilir.

Qeyd edək ki, “Fiorentina” cari mövsümdə İtaliya çempionatını altıncı pillədə başa vuraraq növbəti mövsüm UEFA Konfrans Liqasında iştirak hüququ qazanıb.







İtaliya S.A.

“Fabreqas uğur qazanmağı bacardı”
  • İtaliya S.A.
  • 21:27 14.05.2026
“Fabreqas uğur qazanmağı bacardı”
 “Kremoneze” evdə qələbə qazandı
  • İtaliya S.A.
  • 21:23 10.05.2026
“Kremoneze” evdə qələbə qazandı
“Fiorentina” evdə xal itirdi
  • İtaliya S.A.
  • 21:15 10.05.2026
“Fiorentina” evdə xal itirdi
“Yuventus”a bir qol bəs etdi
  • İtaliya S.A.
  • 01:05 10.05.2026
“Yuventus”a bir qol bəs etdi