14 iyun 2025. Şənbə

Qasperini "Atalanta"dan ayrıldı


Qasperini "Atalanta"dan ayrıldı

Can Pyero Qasperini 2016-cı ilin yayından etibarən baş məşqçisi olduğu "Atalanta" klubundan ayrıldığını rəsmən açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə təcrübəli mütəxəssis özü məlumat verib:

“Bunu əvvəllər deyə bilməzdim, çünki yalnız son bir neçə saat ərzində doqquz ilin bu gözəl hekayəsini bitirmək qərarına gəldim. Amma gəlin vidalaşmaq haqqında danışmayaq. Bunu bəyənmirəm. Atalantanın baş məşqçisi kimi Berqamodakı təcrübəmi başa vururam və qalan hər şey dəyişməz qalacaq. Atalantadan ayrılmaq qərarı yalnız mənim tərəfimdən verildi. Klub rəhbərliyi bunu başa düşmədi. Mən klubu yüksək nöqtədə tərk edirəm – cədvəldə üçüncü yeri tutduqdan və Çempionlar Liqasına daxil olduqdan sonra.”

Qeyd edək ki, daha əvvəl mətbuatda onun "Roma"ya keçəcəyi ilə bağlı iddialar səsləndirilmişdi.







İtaliya S.A.

"Latsio" Pedroyla müqaviləni uzatdı
  • İtaliya S.A.
  • 23:54 12.06.2025
"Latsio" Pedroyla müqaviləni uzatdı