4 iyul 2026. Şənbə

Qasperini “Atalanta” ilə yollarını ayırdı


Qasperini “Atalanta” ilə yollarını ayırdı

İtaliyanın “Atalanta” klubunu uzun illərdir çalışdıran Can Pyerro Qasperini baş məşqçi vəzifəsindən ayrıldığını açıqlayıb.

90deqiqe.Az xəbər verir ki, təcrübəli mütəxəssis yeni bir çağırışa hazır olduğunu bildirərək qərarını ictimaiyyətə təqdim edib.

Bunun ardınca “Atalanta” klubunun rəsmi saytı məşqçi ilə vidalaşmaq üçün emosional məktub yayımlayıb:

“Bu qədər il birlikdə çalışdıqdan sonra Gasperinin yeni stimul axtarışına hörmətlə yanaşmağı özümüzə borc bildik. Münasibətlərimizin heç vaxt bitməyəcəyini və qarşılıqlı hörmətin daim qorunacağını yaxşı anlayırıq. Bir daha və əbədi olaraq – təşəkkürlər, Mister!” – deyə klubun açıqlamasında qeyd olunub.

Qeyd edək ki, daha əvvəl mediada Gasperinin “Roma” klubunun baş məşqçisi postuna yaxın olduğu barədə xəbərlər yayılmışdı. Onun rəhbərliyi altında “Atalanta” 2023/2024 mövsümünü A Seriyasında üçüncü yerdə tamamlayaraq növbəti mövsüm üçün Çempionlar Liqasına vəsiqə qazanıb.







İtaliya S.A.

Menyan "Çelsi"yə keçə bilər
  • İtaliya S.A.
  • 22:59 03.07.2026
Menyan "Çelsi"yə keçə bilər
"Roma" Dibalanı komandada saxlayır
  • İtaliya S.A.
  • 22:28 02.07.2026
"Roma" Dibalanı komandada saxlayır
"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması