- İtaliya S.A.
- 22:35 19.06.2025
İngiltərəli müdafiəçi Kayl Uokerin “Milan”dakı gələcəyi ilə bağlı qeyri-müəyyənlik davam edir.
90deqiqe.Az xəbər verir ki, Formula 1 üzrə İspaniya Qran Prisində jurnalistlərin suallarını cavablandıran Uoker həmvətənləri Lando Norris və Lyuis Həmiltonu dəstəkləmək məqsədilə yarışda olduğunu və gələcəyi ilə bağlı İtaliya klubunda qalacağını bildirib.
“Milan”da qalacağam? Bəli, bəli... yəqin ki, var”
Daha əvvəl onun İtaliya klubunda qalma ehtimalının az olduğu bildirilmişdi.
Qeyd edək ki, “Milan” 2024/25 mövsümünü A Seriyasında səkkizinci pillədə tamamlayıb. Kayl Uokerin çıxışları isə mütəxəssislər və azarkeşlər tərəfindən inandırıcı hesab olunmayıb. Futbolçunun transfer hüquqları “Mançester Siti” klubuna məxsusdur.