4 iyul 2026. Şənbə

Kellini "Yuventus"da yeni vəzifəyə təyin olunub


Kellini "Yuventus"da yeni vəzifəyə təyin olunub

"Yuventus"un sabiq futbolçusu Corco Kellini klubda yeni vəzifəyə təyin olunub.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 40 yaşlı sabiq müdafiəçi bundan sonra Turin təmsilçisinin futbol strategiyasına cavabdeh olacaq.

Futbolçu karyerasını başa vurduqdan sonra klubla əlaqəni kəsməyən Kellini daha əvvəl də "Yuventus"un strukturunda çalışıb və futbol təşkilatları ilə əlaqələrin qurulmasına nəzarət edib.

Yeni vəzifə isə onun klubun idman siyasətində və komandanın inkişafında daha fəal rol oynamasını nəzərdə tutur. Yeni idarəetmə strukturunda Kellini birbaşa olaraq Avropa futbolunda zəngin təcrübəyə malik olan Damien Komolli ilə işləyəcək. Komolli 4 iyun tarixindən etibarən "Yuventus"un baş meneceri kimi fəaliyyətə başlayacaq.

Qeyd edək ki, Komolli daha əvvəl “Arsenal”, “Liverpul”, “Tottenhem” və “Fənərbaxça” kimi klublarda rəhbər vəzifələrdə çalışıb. Onun son uğuru Fransanın “Tuluza” klubu ilə bağlı olub – Komollinin rəhbərliyi ilə komanda həm Liqa 1-ə yüksəlib, həm də 2023-cü ildə Fransa Kubokunun qalibi olub.

Xatırladaq ki, "Yuventus" 2024/25 mövsümündə qeyri-stabil çıxış edərək A Seriyasında yalnız 4-cü yeri tuta bilib. Çempionluq isə "Napoli"yə qismət olub.







İtaliya S.A.

Menyan "Çelsi"yə keçə bilər
  • İtaliya S.A.
  • 22:59 03.07.2026
Menyan "Çelsi"yə keçə bilər
"Roma" Dibalanı komandada saxlayır
  • İtaliya S.A.
  • 22:28 02.07.2026
"Roma" Dibalanı komandada saxlayır
"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması