4 iyul 2026. Şənbə

Maurisio Sarri “Latsio”ya qayıtdı


Maurisio Sarri “Latsio”ya qayıtdı

İtaliyalı mütəxəssis Maurisio Sarri yenidən “Latsio” klubunun baş məşqçisi təyin olunub.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun rəsmi mətbuat xidməti məlumat yayıb.

66 yaşlı çalışdırıcının müqaviləsinin müddəti açıqlanmayıb. 

“Maurisio Sarri evinə qayıtdı. Bu dönüş – qəlbin, inamın və oyun fəlsəfəsinin seçimidir. Biz onunla vaxtından əvvəl yarımçıq qalan yolu davam etdirmək, komandaya yenidən ruh, kimlik və ambisiya qazandırmaq istəyirik. Evə xoş gəldin, Komandir”, – deyə klub prezidenti Klaudio Lotito bildirib.

Qeyd edək ki, bu təyinatdan əvvəl, iyunun 2-də “Latsio” baş məşqçi Marko Baroniyə ilə yollarını ayırıb.

Sarri 2021–2024-cü illərdə də “Latsio”ya rəhbərlik edib. O, sonradan işsiz qalıb. Təcrübəli mütəxəssis karyerası ərzində “Napoli”, “Yuventus” və “Çelsi” kimi klublarda da baş məşqçi kimi çalışıb.







İtaliya S.A.

Menyan "Çelsi"yə keçə bilər
  • İtaliya S.A.
  • 22:59 03.07.2026
Menyan "Çelsi"yə keçə bilər
"Roma" Dibalanı komandada saxlayır
  • İtaliya S.A.
  • 22:28 02.07.2026
"Roma" Dibalanı komandada saxlayır
"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması