- İtaliya S.A.
- 18:16 07.07.2025
Simone İnzagi "İnter"in baş məşqçi postunu tərk edib.
90deqiqe.Az xəbər verir ki, bu barədə “neradzurri”nin rəsmi saytı məlumat yayıb.
Tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər.
Mütəxəssis 2021-ci ildən komandada çalışırdı. Bu müddət ərzində o, İtaliya çempionu olub, iki dəfə ölkə kubokunu qazanıb, üç dəfə ölkə Superkubokunu qazanıb, həmçinin komanda ilə iki dəfə Çempionlar Liqasının finalına çıxıb.
2024/2025 mövsümünün sonunda "İnter" 81 xal toplayaraq A Seriyasının turnir cədvəlini 2-ci yerdə başa vurub. İtaliya kubokunda komanda yarımfinala yüksəlib, ölkə Superkubokunda “neradzurri” finalda “Milan”a, Çempionlar Liqasının final oyununda isə PSJ-yə uduzub.