15 iyun 2025. Bazar günü

“İnter” yeni mövsümdə geyinəcəyi ev formasını təqdim edib - FOTOLAR


“İnter” yeni mövsümdə geyinəcəyi ev formasını təqdim edib - FOTOLAR

İtaliyanın “İnter” klubu 2025/2026 mövsümündə geyinəcəyi yeni ev forması dəstini təqdim edib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komandanın texniki sponsoru ABŞ-ın məşhur idman geyimləri brendi “Nike”dir.

Xatırladaq ki, Milan təmsilçisi 2024/2025 mövsümünü A Seriyasında ikinci pillədə başa vurub. “İnter” yalnız bir xal fərqlə çempionluğu “Napoli”yə uduzub. Komanda həmçinin UEFA Çempionlar Liqasının finalına qədər irəliləsə də, həlledici qarşılaşmada Fransa klubu PSJ-yə 0:5 hesabı ilə məğlub olub.

Qeyd edək ki, baş məşqçi Simone İnzagi bu nəticələrdən sonra klubdan ayrılıb. “İnter” yaxın günlərdə ABŞ-da keçiriləcək klublararası dünya çempionatında iştirak edəcək. Turnir 14 iyun – 13 iyul tarixləri arasında baş tutacaq.







İtaliya S.A.

Pioli A Seriyasına qayıdır
  • İtaliya S.A.
  • 12:58 14.06.2025
Pioli A Seriyasına qayıdır
"Latsio" Pedroyla müqaviləni uzatdı
  • İtaliya S.A.
  • 23:54 12.06.2025
"Latsio" Pedroyla müqaviləni uzatdı