14 avqust 2026. Cümə

"Yuventus" "Milan"ın futbolçusunu tam transfer edib


"Yuventus" "Milan"ın futbolçusunu tam transfer edib

Fransalı müdafiəçi Pyer Kalulu karyerasını "Yuventus"da davam etdirəcək.

90deqiqe.Az xəbər verir ki, Turin təmsilçisi 25 yaşlı oyunçunun transfer hüquqlarını "Milan" klubundan satın alıb. Bu barədə "qoca sinyora"nın mətbuat xidməti məlumat yayıb.

Transferin maliyyə detalları da açıqlanıb. Kalulunun keçidi "Yuventus"a 14,3 milyon avroya başa gəlib. Müqavilədə əlavə olaraq 3 milyon avroya qədər bonus maddələri də nəzərdə tutulub.

Yeni razılaşmaya əsasən, fransalı müdafiəçi ilə imzalanan müqavilə 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq. Kalulu son mövsümlərdə "Milan"ın heyətində sabit çıxış edərək diqqət mərkəzinə düşmüşdü.







İtaliya S.A.

“İnter” “Yuventus”u məğlub etdi
  • İtaliya S.A.
  • 20:08 08.08.2026
“İnter” “Yuventus”u məğlub etdi
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"
  • İtaliya S.A.
  • 23:59 05.08.2026
"Ümid edirəm ki, Leau "Milan"da qalacaq"