19 may 2026. Çərşənbə axşamı

"Torino"nun yeni baş məşqçisi bəlli oldu


"Torino"nun yeni baş məşqçisi bəlli oldu

İtaliyanın “Torino” klubu baş məşqçi postuna yeni təyinat gerçəkləşdirib.

90deqiqe.Az xəbər verir ki, komandanın "sükanı" Marko Baroniyə həvalə olunub.

61 yaşlı mütəxəssis bu vəzifədə Paolo Vanolini əvəzləyib. “Torino” onun rəhbərliyi altında 2023/24 mövsümündə A Seriyasını 11-ci pillədə tamamlayıb və 38 oyundan 44 xal toplayıb.

Qeyd edək ki, Marko Baroni son olaraq “Latsio”nun sükanı arxasında olub. O, daha əvvəl “Verona”, “Leççe”, “Kremoneze” və digər İtaliya klublarında da baş məşqçi kimi fəaliyyət göstərib.

Yeni A Seriya mövsümünün avqustun sonlarında başlaması planlaşdırılır.







İtaliya S.A.

“Fiorentina”da ciddi itki
  • İtaliya S.A.
  • 23:30 18.05.2026
“Fiorentina”da ciddi itki
“Latsio” Sarriyə əvəzləyici tapıb
  • İtaliya S.A.
  • 22:54 18.05.2026
“Latsio” Sarriyə əvəzləyici tapıb
Antonio Konte “Napoli”də qala bilər
  • İtaliya S.A.
  • 23:43 14.05.2026
Antonio Konte “Napoli”də qala bilər
“Fabreqas uğur qazanmağı bacardı”
  • İtaliya S.A.
  • 21:27 14.05.2026
“Fabreqas uğur qazanmağı bacardı”