29 iyun 2026. Bazar ertəsi

"İnter" yeni baş məşqçi ilə anlaşıb


"İnter" yeni baş məşqçi ilə anlaşıb

"İnter" klubunun yeni baş məşqçisi Kristian Çivu ola bilər.

90deqiqe.Az-ın məlumatına görə, 44 yaşlı mütəxəssis Milan təmsilçisi ilə iki illik müqavilə üzrə prinsipial razılığa gəlib. Razılaşmaya əsasən, rumıniyalı çalışdırıcı illik 2 milyon avro maaş alacaq.

Çivu 2024-cü ilin fevral ayından bəri "Parma"nı çalışdırır. O, 2018–2024-cü illərdə "İnter"in aşağı yaş qruplarında məşqçi kimi fəaliyyət göstərib. Futbolçu karyerasında da "neradzurra" klubunun formasını geyinmiş Kivu 2010-cu ildə komanda ilə birlikdə çempionluq, İtaliya kuboku və Çempionlar Liqasını qazanaraq "trebl" əldə etmişdi.

Qeyd edək ki, bir neçə gün əvvəl "İnter"lə yollarını ayıran baş məşqçi Simone İnzaqi klubdan ayrılmışdı.







İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı