- İtaliya S.A.
- 22:44 14.07.2025
"Atalanta" İtaliya A Seriyasının 2024/25 mövsümünün sonunda baş məşqçi Can Pyerro Qasperini ilə yollarını ayırdıqdan sonra yeni çalışdırıcı axtarışlarını yekunlaşdırmaq üzrədir.
90deqiqe.Az-ın “Football Italia"ya istinadən yaydığı məlumata görə, Berqamo təmsilçisi komandanın sükanı arxasına İvan Yuriçi gətirməyə hazırlaşır.
Klub rəhbərliyi bu müddətdə Tyaqo Motta və Raffaele Palladinonun namizədliklərini də nəzərdən keçirsə də, əsas seçim xorvatiyalı mütəxəssisin üzərində dayanıb. Qasperini kimi Yuriç də oxşar oyun fəlsəfəsinə sadiqdir və bu, "Atalanta" rəhbərliyinin onun namizədliyinə üstünlük verməsinin əsas səbəblərindən biridir. Klub daxilində Yuriçin komandanın oyun üslubuna problemsiz uyğunlaşacağına inanılır.
Əgər yekun danışıqlar müsbət nəticələnərsə, İvan Yuriçlə iki illik müqavilə imzalanacaq. Rəsmi açıqlamanın yaxın günlərdə verilməsi gözlənilir.
Qeyd edək ki, 49 yaşlı mütəxəssisin son iş yeri İngiltərənin "Sauthempton" klubu olub. Premyer Liqanı tərk edən komandanın baş məşqçi postuna 2023-cü ilin dekabrında gətirilən Yuriç, orada cəmi bir neçə ay – aprelə qədər çalışıb.