- İtaliya S.A.
- 23:12 13.12.2025
İtaliyanın “Roma” klubu komandanın yeni baş məşqçisinin adını açıqlayıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, 67 yaşlı Cian Piero Qasperini ilə 2028-ci ilə qədər müqavilə imzalanıb.
Qasperininin son iş yeri 2016-cı ilin yayından rəhbərlik etdiyi "Atalanta" olub. Onun rəhbərliyi altında Berqamo klubu bütün yarışlarda 439 oyun keçirib, 228 dəfə qalib gəlib, 101 dəfə heç-heçə edib, 110 dəfə məğlub olub. 2023/2024 mövsümündə Atalanta Avropa Liqasının qalibi olub.
Ötən mövsümün sonunda “Roma” beşinci, “Atalanta” üçüncü yeri tutub.