30 yanvar 2026. Cümə

“İnzaqiyə təşəkkürlər, amma...”


“İnzaqiyə təşəkkürlər, amma...”

“İnter”in sabiq futbolçusu Marko Materazzi klubun keçmiş baş məşqçisi Simone İndzagi barədə fikirlərini bölüşüb.

90deqiqe.Az-ın “La Gazzetta dello Sport"a istinadən yaydığı məlumata görə, 51 yaşlı keçmiş futbolçu İnzaqinin “İnter”dəki fəaliyyətini qiymətləndirib:

“İnzaqiyə bu dörd il üçün təşəkkür etməliyik, amma düşünürəm ki, daha çox iş görə bilərdi. Liqanın ən güclü heyətinə sahib olduğumuz halda iki titulu əldən verdik. Bir-iki ağıllı transferlə “İnter” yenidən qələbələrə qayıda bilər”.

Xatırladaq ki, “İnter” A Seriyasını ikinci pillədə başa vurub və yalnız bir xal fərqlə “Napoli”yə uduzub. Komanda UEFA Çempionlar Liqasının finalına qədər irəliləsə də, həlledici qarşılaşmada PSJ-yə 0:5 hesabı ilə məğlub olub. Simone İndzagi isə yaxın günlərdə “Əl-Hilal” klubunun sükanı arxasına keçib.

 

 







İtaliya S.A.

“Pulişiç üçün MLS hələ tezdir”
  • İtaliya S.A.
  • 10:56 27.01.2026
“Pulişiç üçün MLS hələ tezdir”