5 dekabr 2025. Cümə

A Seriyası - 2025/2026 mövsümünün təqvimi açıqlanıb


A Seriyası  - 2025/2026 mövsümünün təqvimi açıqlanıb

İtaliya A Seriyasının 2025/2026 mövsümünün təqvimi rəsmi olaraq açıqlanıb.

90deqiqe.Az turnirin rəsmi saytına istinadən xəbər verir ki, yeni mövsümün startı 24 avqust bazar gününə təsadüf edəcək.

Birinci turun mərkəzi qarşılaşmalarından biri çempion “Napoli” ilə elitaya qayıdan “Sassuolo” arasında olacaq. “İnter” isə ilk turda “Torino” ilə üz-üzə gələcək. Yeni mövsümdə də maraqlı mübarizələrin və gərgin oyunların yaşanacağı gözlənilir.

A Seriyası 2025/2026 mövsümünün 1-ci turunun oyun cədvəli:

  • “Atalanta” — “Piza”

  • “Kalyari” — “Fiorentina”

  • “Komо” — “Latsio”

  • “Cenoa” — “Leççe”

  • “İnter” — “Torino”

  • “Yuventus” — “Parma”

  • “Milan” — “Kremoneze”

  • “Roma” — “Bolonya”

  • “Sassuolo” — “Napoli”

  • “Udineze” — “Verona”

 

Qeyd edək ki, İtaliya çempionatı 2026-cı il mayın 24-də bazar günü keçiriləcək 38-ci turun oyunları ilə yekunlaşacaq.







İtaliya S.A.

“Kivu ilə daha çox pressinq edirik”
  • İtaliya S.A.
  • 23:59 02.12.2025
“Kivu ilə daha çox pressinq edirik”