- İtaliya S.A.
- 22:44 14.07.2025
İtaliyanın "Cenoa" klubu fransız baş məşqçi Patrik Vieyra ilə yeni müqavilə imzalayıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, dünya və Avropa çempionu olan Vieyra ilə bağlanan yeni müqavilə iki illik müddəti əhatə edəcək.
"Birlikdə qurduqlarımız və əldə etdiyimiz nəticələrlə qürur duyuram. Mən "Cenoa"da və Cenoyada xoşbəxtəm. Münasibətlərimizin davam etməsi tamamilə təbii addım idi – razılaşma əldə etmək və rəsmi prosedurları başa çatdırmaq çox zaman almadı", – deyə Vieyra müqavilənin uzadılması ilə bağlı fikirlərini bölüşüb.
Xatırladaq ki, Patrik Vieyra 2024-cü ilin noyabrında "Cenoa"nın baş məşqçi postuna gətirilmişdi. Onun rəhbərliyi altında komanda A Seriyasında qalmağı bacardı və mövsümü 13-cü pillədə tamamladı.
Yeni 2025/2026 mövsümünün İtaliya A Seriyasında startı 24 avqust tarixində veriləcək.