18 iyun 2025. Çərşənbə

"İnter"in yeni baş məşqçisi bəlli oldu


"İnter"in yeni baş məşqçisi bəlli oldu

Rumıniyalı mütəxəssis Kristian Çivu İtaliya "İnter"inin yeni baş məşqçisi olub.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Mütəxəssis ilə 2027-ci ilin yayına qədər müqavilə imzalanıb.

Kristian Çivu 2007-2014-cü illərdə futbolçu kimi "İnter"də çıxış edib və bundan sonra karyerasını başa vurub. 44 yaşlı mütəxəssis məşqçilik karyerasına “Milan qrandi”sinin gənclərdən ibarət komandalarında başlayıb və 2025-ci ilin fevralından iyun ayına kimi İtaliyanın “Parma” klubunun baş məşqçisi olub.

Kristian Çivu "İnter"in baş məşqçisi postunda Simone İnzaqini əvəzləyib. Klubunu iki dəfə UEFA Çempionlar Liqasının finalına çıxaran italiyalı karyerasını Səudiyyə Ərəbistanı çempionatından “Əl-Hilal” klubunda davam etdirəcək.







İtaliya S.A.

"Latsio" Pedronun müqaviləsini uzatdı
  • İtaliya S.A.
  • 23:50 16.06.2025
"Latsio" Pedronun müqaviləsini uzatdı
Pioli A Seriyasına qayıdır
  • İtaliya S.A.
  • 12:58 14.06.2025
Pioli A Seriyasına qayıdır