19 mart 2026. Cümə axşamı

"Yuventus" türk futbolçusu ilə müqaviləni uzadır


"Yuventus" türk futbolçusu ilə müqaviləni uzadır

Türkiyəli hücumçu Kənan Yıldız "Yuventus" klubu ilə yeni müqavilə bağlaya bilər.

90deqiqe.Az-ın "Tuttosport"a istinadən yaydığı məlumata görə, “qoca sinyora”  “Arsenal” klubunun futbolçu ilə maraqlanması fonunda 20 yaşlı hücumçunun maaşını 3-4 milyon avroya çatdırmağı planlaşdırır. Artıq tərəflər arasında danışıqlar yekunlaşmaq üzrədir.

Yıldızın İtaliyanın top klubu ilə hazırkı müqaviləsi 2029-cu ilin ortalarına qədərdir. Onun bazar dəyəri 45 milyon avro qiymətləndirilir. Ötən mövsüm Kənan Turin təmsilçisinin heyətində 48 matçda iştirak edib, 9 qol vurub və 7 məhsuldar ötürmə edib.







İtaliya S.A.

"Roma" səfərdə "Komo"ya uduzdu
  • İtaliya S.A.
  • 23:11 15.03.2026
"Roma" səfərdə "Komo"ya uduzdu
 "Napoli"dən çətin qələbə
  • İtaliya S.A.
  • 23:07 14.03.2026
"Napoli"dən çətin qələbə