29 iyun 2026. Bazar ertəsi

"Latsio" Pedroyla müqaviləni uzatdı


"Latsio" Pedroyla müqaviləni uzatdı

"Latsio" klubu ispaniyalı yarımmüdafiəçi Pedro ilə müqavilənin uzadılması barədə razılığa gəlib.

90deqiqe.Az-ın məlumatına görə, 37 yaşlı futbolçu Romada ən azı 2026-cı ilin yayına qədər çıxış etməyə davam edəcək.

Pedro 2021-ci ildə azad agent kimi "Latsio"ya keçib və bu müddət ərzində komandanın vacib fiqurlarından birinə çevrilib. Yaşına baxmayaraq, təcrübəli oyunçu hələ də əsas heyətdə önəmli rol oynayır.

Futbolçunun karyerası ərzində qazandığı titullar kifayət qədər zəngindir. Pedro İspaniya millisi ilə 2010-cu ildə dünya, 2012-ci ildə isə Avropa çempionu olub. "Barselona" ilə o, beş La Liqa, üç İspaniya kuboku, dörd Superkubok, üç UEFA Çempionlar Liqası, üç UEFA Superkuboku və iki Klublararası Dünya Çempionluğu titulu qazanıb. "Çelsi"nin heyətində isə Premyer Liqa, İngiltərə Kuboku və Avropa Liqasının qalibi olub.







İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı