4 iyul 2026. Şənbə

“Paredeslə müqavilə imzalamaq şansımız var”


“Paredeslə müqavilə imzalamaq şansımız var”

"Roma"nın yarımmüdafiəçisi Leandro Paredes karyerasını vətənində davam etdirə bilər.

90deqiqe.Az-ın məlumatına görə, "Boka Xuniors" klubunun prezidenti Xuan Roman Rikelme 30 yaşlı futbolçunun transferi ilə bağlı açıq fikirlər səsləndirib.

"Klubumuzun qapıları Paredes üçün hər zaman açıqdır. Düşünürəm ki, onunla müqavilə bağlamaq şansımız var. Ümid edirik ki, Klublararası Dünya Çempionatından sonra o, bizə qoşulacaq"

Paredes ötən mövsüm Roma yığmasının heyətində 22 oyuna çıxıb, 3 qol vurub və bir məhsuldar ötürmə edib. Yarımmüdafiəçinin "qurdlar"la müqaviləsi 2026-cı ilin ortalarına qədərdir. Transfermarkt oyunçunun bazar dəyərini beş milyon avro qiymətləndirir.







İtaliya S.A.

Menyan "Çelsi"yə keçə bilər
  • İtaliya S.A.
  • 22:59 03.07.2026
Menyan "Çelsi"yə keçə bilər
"Roma" Dibalanı komandada saxlayır
  • İtaliya S.A.
  • 22:28 02.07.2026
"Roma" Dibalanı komandada saxlayır
"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması