- İtaliya S.A.
- 23:33 04.12.2025
"Latsio"nun baş məşqçisi Mauritsio Sarri Səudiyyə Ərəbistanından aldığı sərfəli təklifi geri çevirdiyini açıqlayıb.
90deqiqe.Az-ın "Football Italia"ya istinadən yaydığı məlumata görə, təcrübəli mütəxəssis bildirib ki, orada “Latsio”da bir ildə qazandığı məbləği cəmi bir ayda qazana bilərdi:
"Bir Səudiyyə klubu ilə danışıqlar aparmışdım. Orada qazancım bir ayda “Latsio”dakı illik maaşıma bərabər olacaqdı. Amma həmişə demişəm: pulun yox, ürəyimin arxasınca gedirəm. Nə qədər təklif etdikləri məni maraqlandırmır. Futbol mənim üçün həvəsdir, bu həvəsi pula dəyişmək istəmirəm."
Sarri həmçinin əlavə edib ki, həmin təklif onda heç bir emosional reaksiya doğurmayıb:
"Bu, məni həyəcanlandıran bir şey deyildi. Belə şəraitdə işləmək mənim üçün çətin olardı. Əgər ulduz futbolçular ora getsələr, mən burada daha zəif oyunçularla işləməli olacağam."