15 iyul 2025. Çərşənbə axşamı

“Yuventus” və “Adidas” əməkdaşlığı daha 10 il uzadıb


“Yuventus” və “Adidas” əməkdaşlığı daha 10 il uzadıb

İtaliyanın “Yuventus” klubu və “Adidas” şirkəti arasında uzunmüddətli tərəfdaşlıq davam etdiriləcək.

90deqiqe.Az klubun rəsmi saytına istinadən məlumatına görə, tərəflər mövcud müqavilənin müddəti başa çatdıqdan sonra əməkdaşlığı daha 10 il müddətinə uzatmaq barədə razılığa gəliblər.

Bəyanatda vurğulanır ki, bu yenilənmə “Yuventus” və “Adidas” arasında mövcud olan güclü sinerjinin nəticəsidir:

“Bu uzadılma gələcəyə böyük hədəflərlə irəliləyən, innovasiyalara və mükəmməlliyə sadiq olan iki tərəf arasında güclü əməkdaşlığın göstəricisidir. Bu strateji qərar hər iki təşkilata tərəfdaşlığı davam etdirməyə və birlikdə yeni üfüqləri kəşf etməyə imkan verir.”

Klub həmçinin qeyd edib ki, bu razılaşma “Yuventus”un uzunmüddətli layihələrə və ümumi məqsədlərə əsaslanan tərəfdaşlıqlara önəm verdiyini bir daha nümayiş etdirir.

Xatırladaq ki, “Yuventus” və “Adidas” arasında əməkdaşlıq 2015/2016 mövsümündən etibarən başlayıb.







İtaliya S.A.

Luka Modriç “Milan”da!
  • İtaliya S.A.
  • 22:44 14.07.2025
Luka Modriç “Milan”da!
Luka Modriç bu nömrəni seçdi
  • İtaliya S.A.
  • 19:26 13.07.2025
Luka Modriç bu nömrəni seçdi
 Edin Ceko “Fiorentina”da
  • İtaliya S.A.
  • 17:23 10.07.2025
Edin Ceko “Fiorentina”da
“O, fərqli seçim etdi”
  • İtaliya S.A.
  • 18:16 07.07.2025
“O, fərqli seçim etdi”