4 iyul 2026. Şənbə

Donald Tramp “Yuventus”un futbolçularını Ağ Evdə qəbul etdi


Donald Tramp “Yuventus”un futbolçularını Ağ Evdə qəbul etdi

ABŞ-ın prezidenti Donald Tramp İtaliyanın “Yuventus” klubunun futbolçuları ilə Ağ Evdə görüş keçirib.

90deqiqe.Az xəbər verir ki, görüş zamanı Tramp “Yuventus”un baş məşqçisi İqor Tudorla yanaşı, komandanın aparıcı oyunçuları — Teun Kupmayners və Ueston Makkenni ilə də söhbət edib.

Hazırda 2025-ci il Klublararası Dünya Çempionatında iştirak edən Turin təmsilçisi turnirlə əlaqədar olaraq ABŞ-da səfərdədir.

Qeyd edək ki, iyunun 18-dən 19-na keçən gecə “Qoca Ledi” dünya çempionatının qrup mərhələsinin ilk oyununda Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Ayn” klubuna qarşı meydana çıxıb. İtaliya təmsilçisi bu qarşılaşmada 5:0 hesabı ilə inamlı qələbə qazanıb.

Xatırladaq ki, 2025-ci il FIFA Klublararası Dünya Çempionatı iyunun 14-dən iyulun 13-dək ABŞ-da keçirilir. Turnirdə 32 komanda iştirak edir.







İtaliya S.A.

Menyan "Çelsi"yə keçə bilər
  • İtaliya S.A.
  • 22:59 03.07.2026
Menyan "Çelsi"yə keçə bilər
"Roma" Dibalanı komandada saxlayır
  • İtaliya S.A.
  • 22:28 02.07.2026
"Roma" Dibalanı komandada saxlayır
"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması