9 iyul 2025. Çərşənbə

“Roma”nın idman direktoru vəzifəsində dəyişiklik


“Roma”nın idman direktoru vəzifəsində dəyişiklik

“Roma” klubunun idarəetmə strukturunda kadr dəyişikliyi baş verib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən məlumatına görə, paytaxt təmsilçisinin yeni idman direktoru vəzifəsinə Frederik Massara təyin olunub.

O, bu postda cəmi bir neçə ay əvvəl – 2024-cü ilin mayında vəzifəyə gətirilmiş Floran Qisolfinin yerini tutub.

Massara üçün bu, “Roma”ya ilk gəlişi deyil. O, klubda 2011–2019-cu illər aralığında, o cümlədən idman direktoru statusunda çalışıb. Daha sonra “Milan”da eyni vəzifəni icra edən mütəxəssis son olaraq Fransanın “Renn” klubunda işləyib.

Xatırladaq ki, “Roma” 2024/25 mövsümündə A Seriyada 38 oyunun 20-də qələbə qazanıb, 9 dəfə məğlub olub və bir o qədər də heç-heçə ilə kifayətlənib. Bu nəticə “canavarlar”a turnir cədvəlində 5-ci yeri tutmağa imkan verib.







İtaliya S.A.

“O, fərqli seçim etdi”
  • İtaliya S.A.
  • 18:16 07.07.2025
“O, fərqli seçim etdi”
110 illik tarix sona çatdı?
  • İtaliya S.A.
  • 23:59 03.07.2025
110 illik tarix sona çatdı?
 “Betis”dən “Komo”ya
  • İtaliya S.A.
  • 21:37 02.07.2025
“Betis”dən “Komo”ya