15 iyul 2025. Çərşənbə axşamı

"Əl-İttihad" "Yuventus"un keçmiş ulduzunu hədəf alıb


"Əl-İttihad" "Yuventus"un keçmiş ulduzunu hədəf alıb

Cəza müddətinin başa çatmasının ardından futbola qayıdışa hazırlaşan fransalı yarımmüdafiəçi Pol Poqba bir neçə klubun maraq dairəsinə düşüb.

90deqiqe.Az-ın "Foot Mercato"ya istinadən yaydığı məlumata görə, Səudiyyə Ərəbistanının "Əl-İttihad" klubu 32 yaşlı futbolçu üçün rəsmi təklif göndərməyə hazırlaşır.

Hazırda azad agent statusunda olan Poqbanın yenidən yüksək səviyyədə çıxış etməyə maraqlı olduğu bildirilir.

Fransa mətbuatının məlumatına görə, Poqba paralel olaraq "Monako" ilə də danışıqlar aparır. Tərəflər iki illik müqavilə və onun uzadılması ehtimalını müzakirə edirlər. Bundan başqa, futbolçunun adı "Marsel"lə də hallanır – klub onu komandanın yenidən qurulmasında əsas liderlərdən biri kimi görür.

Lakin hazırda Poqba üçün maliyyə baxımından ən sərfəli təklifin Səudiyyə Ərəbistanından gəldiyi vurğulanır.

Qeyd edək ki, 2018-ci ilin dünya çempionu olan Poqba 2023-cü ilin avqust ayında dopinq testində iştirak etdiyi üçün 4 illik diskvalifikasiyaya məruz qalmışdı. Lakin idman arbitraj məhkəməsi (CAS) cəzanı 18 aya endirib və bu qərar futbolçunun karyerasını davam etdirməsinə imkan yaradıb.







İtaliya S.A.

Luka Modriç “Milan”da!
  • İtaliya S.A.
  • 22:44 14.07.2025
Luka Modriç “Milan”da!
Luka Modriç bu nömrəni seçdi
  • İtaliya S.A.
  • 19:26 13.07.2025
Luka Modriç bu nömrəni seçdi
 Edin Ceko “Fiorentina”da
  • İtaliya S.A.
  • 17:23 10.07.2025
Edin Ceko “Fiorentina”da
“O, fərqli seçim etdi”
  • İtaliya S.A.
  • 18:16 07.07.2025
“O, fərqli seçim etdi”