- İtaliya S.A.
- 23:12 13.12.2025
İtaliya mətbuatında "Napoli"nin baş məşqçisi Antonio Kontenin klubdan ayrılacağı ilə bağlı yayılan xəbərlər təsdiqini tapmayıb.
90deqiqe.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis komandanın prezidenti Aurelio De Laurentiis ilə aparılan vacib görüşdən sonra klubda qalacağını bəyan edib.
Bu barədə Konte "Corriere della Sera"ya açıqlamasında danışıb:
“De Laurentiis ilə görüşümüz zamanı vəziyyəti aydınlaşdırdıq. Bu, əsaslı və səmimi bir söhbət oldu. O, müəyyən səhvləri və yaxşılaşdırılması vacib olan məqamları anladı. Mənim klubla müqaviləm var və bu vəziyyəti dəqiqləşdirmək əsas məsələ idi. Qalan deyilənlər sadəcə şayiələrdir.”
Xatırladaq ki, Antonio Konte "Napoli"yə bu yay baş məşqçi təyin edilib və klubla çempionluq yaşasa da, gələcəyi ilə bağlı suallar doğurmuşdu. Lakin artıq rəsmi şəkildə təsdiqlənib ki, mütəxəssis işinə davam edəcək.