9 iyul 2025. Çərşənbə

“Yuventus” “Vydad” üzərində inamlı qələbə qazandı


“Yuventus” “Vydad” üzərində inamlı qələbə qazandı

Klublararası dünya çempionatının G qrupunun II turunda “Yuventus” və Mərakeşin “Vydad” klubu üz-üzə gəlib.

90deqiqe.Az xəbər verir ki, ABŞ-ın “Lincoln Financial Field” stadionunda baş tutan qarşılaşma İtaliya təmsilçisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunun 6-cı dəqiqəsində “Vydad”ın müdafiəçisi Abdelmunaim Butoui avtoqol vuraraq hesabı açıb. 16-cı dəqiqədə Kenan Yıldız Andrea Kambiaso ilə gözəl anlaşaraq fərqi artırıb. 25-ci dəqiqədə Tembinkosi Lorç Mərakeş təmsilçisinin heyətində fərqlənərək hesabı 2:1 edib. 69-cu dəqiqədə Yıldız ikinci dəfə rəqib qapısına yol taparaq dubla imza atıb. 90+4-cü dəqiqədə Duşan Vlahoviç penaltini dəqiq yerinə yetirməklə matçın yekun nəticəsini müəyyənləşdirib — 4:1.

Bu qələbə sayəsində “Yuventus” G qrupunda 6 xalla liderliyə yüksəlib. “Vydad” isə hələ də xal qazana bilməyib.







İtaliya S.A.

“O, fərqli seçim etdi”
  • İtaliya S.A.
  • 18:16 07.07.2025
“O, fərqli seçim etdi”
110 illik tarix sona çatdı?
  • İtaliya S.A.
  • 23:59 03.07.2025
110 illik tarix sona çatdı?
 “Betis”dən “Komo”ya
  • İtaliya S.A.
  • 21:37 02.07.2025
“Betis”dən “Komo”ya