14 dekabr 2025. Bazar günü

Ronaldo “Əl-Nəsr”dən ayrılan baş məşqçiyə təşəkkür etdi


Ronaldo “Əl-Nəsr”dən ayrılan baş məşqçiyə təşəkkür etdi

“Əl-Nəsr” klubunun ulduz hücumçusu Kriştiano Ronaldo baş məşqçi Stefano Piolinin komandadan ayrılması ilə bağlı fikirlərini bölüşüb

90deqiqe.Az-ın məlumatına görə, bu barədə 40 yaşlı futbolçu sosial şəbəkə hesabında yazıb.

“Hər şey üçün təşəkkürlər” - deyə, portuqaliyalı qeyd edib.

Xatırladaq ki, Pioli “Əl-Nəsr”i bir mövsüm çalışdırıb və onun rəhbərliyi altında komanda 2024/2025-ci il mövsümündə Səudiyyə Ərəbistanı çempionatını üçüncü sırada tamamlayıb.

Ronaldu “Əl-Nəsr”in heyətinə 2023-cü ilin yanvarında qoşulub. Hücumçu geridə qalan mövsümdə 35 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.







İtaliya S.A.

“Komo” hücumçusunu itirdi
  • İtaliya S.A.
  • 21:07 12.12.2025
“Komo” hücumçusunu itirdi