15 iyul 2025. Çərşənbə axşamı

Hakan Çalhanoğlu zədələndi


Hakan Çalhanoğlu zədələndi

“İnter” klubunun yarımmüdafiəçisi Hakan Çalhanoğlu sıradan çıxıb.

90deqiqe.Az klubun rəsmi saytına istinadən məlumatına görə, 31 yaşlı futbolçuya MRT müayinəsi aparılıb və sağ ayağının baldır (kam balası) əzələsində dartılma aşkar olunub.

Türkiyəli futbolçunun yaşadığı zədə səbəbindən yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik məlum deyil.

Qeyd edək ki, son günlər mediada Çalhanoğlunun “Qalatasaray”a transferi ilə bağlı iddialar geniş yer alıb. Hazırda onun “İnter”lə qüvvədə olan müqaviləsi 2027-ci ilin yayına qədər davam edir.

“İnter” növbəti oyununu Cümə axşamı Moskva vaxtı ilə səhər saatlarında keçirəcək. Kristian Kivunun komandası Klublararası Dünya Çempionatı çərçivəsində “River Pleyt”lə qarşılaşacaq.







İtaliya S.A.

Luka Modriç “Milan”da!
  • İtaliya S.A.
  • 22:44 14.07.2025
Luka Modriç “Milan”da!
Luka Modriç bu nömrəni seçdi
  • İtaliya S.A.
  • 19:26 13.07.2025
Luka Modriç bu nömrəni seçdi
 Edin Ceko “Fiorentina”da
  • İtaliya S.A.
  • 17:23 10.07.2025
Edin Ceko “Fiorentina”da
“O, fərqli seçim etdi”
  • İtaliya S.A.
  • 18:16 07.07.2025
“O, fərqli seçim etdi”