5 dekabr 2025. Cümə

Qranit Cakanın transferi baş tutmaya bilər


Qranit Cakanın transferi baş tutmaya bilər

"Bayer Leverkuzen"in yarımmüdafiəçisi Qranit Cakanın "Milan"a keçidi hazırkı mərhələdə real görünmür.

90deqiqe.Az-ın məlumata görə, İtaliya klubunun idman direktoru İqli Tare futbolçunun nümayəndələri ilə ilkin təmas qursa da, klublar arasında rəsmi danışıqlar aparılmır.

 "Milan" rəhbərliyi isveçrəli futbolçunun transferinin klub üçün maliyyə baxımından çətinlik yaradacağını hesab edir və bu səbəbdən təklif göndərmək niyyətində deyil.

Transfermarkt portalı 31 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 12 milyon avro olaraq göstərir. Qranit Cakanın "Bayer"lə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.

Qeyd edək ki, "Milan" geridə qalan A Seriyası mövsümünü səkkizinci pillədə başa vurub və avrokuboklara vəsiqə qazana bilməyib. Bu da klubun transfer imkanlarına təsirsiz ötüşməyib.







İtaliya S.A.

“Kivu ilə daha çox pressinq edirik”
  • İtaliya S.A.
  • 23:59 02.12.2025
“Kivu ilə daha çox pressinq edirik”