29 iyun 2026. Bazar ertəsi

Kayl Uoker “Milan”dan ayrıldı


Kayl Uoker “Milan”dan ayrıldı

“Milan”ın heyətində icarə əsasında çıxış edən Kayl Uoker klubdan ayrılıb.

90deqiqe.Az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisi rəsmi “X” (əvvəlki Twitter) hesabı vasitəsilə məlumat yayıb.

35 yaşlı müdafiəçi yanvar ayında “Mançester Siti”dən “Milan”a icarə əsasında keçmişdi. Bu müddətdə Uoker bütün turnirlərdə 16 oyunda iştirak edib və məhsuldarlığı ilə seçilməyib.

Təcrübəli futbolçunun “şəhərlilər”lə müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədədir. 2017-ci ildən “Mançester Siti”də çıxış edən Uoker İngiltərə Premyer Liqasının altıqat çempionudur.

“Transfermarkt” portalının məlumatına görə, müdafiəçinin hazırkı bazar dəyəri 4 milyon avrodur.







İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı