14 may 2026. Cümə axşamı

“Milan” Luka Yoviçlə yollarını ayırdı


“Milan” Luka Yoviçlə yollarını ayırdı

İtaliyanın “Milan” klubu serbiyalı hücumçu Luka Yoviçlə yollarını rəsmən ayırıb.

90deqiqe.Az-ın məlumatına görə,  bu barədə klubun “X” sosial şəbəkəsində (əvvəlki Twitter) yayımlanan açıqlamada məlumat verilib.

“Milan” 27 yaşlı forvardla müqaviləni yeniləməmək qərarına gəlib.

Klubun paylaşımında “Təşəkkürlər, Luka! Karyeranın növbəti mərhələsində sənə uğurlar arzulayırıq”, – sözləri yer alıb.

Yoviç “Milan”ın heyətinə 2023-cü ildə qoşulub. O, bu müddətdə “rossoneri”nin heyətində ümumilikdə 47 oyuna çıxıb və 13 qol vurub. Hücumçu geridə qalan mövsümdə A Seriyası və İtaliya Kuboku çərçivəsində 17 matçda iştirak edib, 4 dəfə fərqlənib.

Transfermarkt portalının məlumatına əsasən, futbolçunun hazırkı bazar dəyəri 4,5 milyon avro təşkil edir.







İtaliya S.A.

“Fabreqas uğur qazanmağı bacardı”
  • İtaliya S.A.
  • 21:27 14.05.2026
“Fabreqas uğur qazanmağı bacardı”
 “Kremoneze” evdə qələbə qazandı
  • İtaliya S.A.
  • 21:23 10.05.2026
“Kremoneze” evdə qələbə qazandı
“Fiorentina” evdə xal itirdi
  • İtaliya S.A.
  • 21:15 10.05.2026
“Fiorentina” evdə xal itirdi
“Yuventus”a bir qol bəs etdi
  • İtaliya S.A.
  • 01:05 10.05.2026
“Yuventus”a bir qol bəs etdi