14 iyul 2025. Bazar ertəsi

Alleqri bu 12 futbolçunu "Milan"dan göndərmək niyyətindədir


Alleqri bu 12 futbolçunu "Milan"dan göndərmək niyyətindədir

“Milan”ın yeni baş məşqçisi Massimiliano Alleqri gələcək mövsüm üçün planlarında yer almayan futbolçuların siyahısını müəyyənləşdirib.

90deqiqe.Az xəbər verir ki, italiyalı mütəxəssisin planlarında 12 futbolçu yer almır və onların yay transfer dönəmində klubdan ayrılmaları gözlənilir.

Siyahıda bu adlar yer alır: Devis Vaskes, Emerson Royal, Malik Çaü, Teo Ernandes, Filippo Terraççano, Yunus Musah, İsmail Bennaser, Yasin Adli, Samuel Çukvueze, Marko Lazetiç, Noa Okafor və Lorenso Kolombo.

Alleqri komandanı öz futbol fəlsəfəsinə uyğun olaraq yenidən qurmağa hazırlaşır.

Xatırladaq ki, "Milan" daha əvvəl müqaviləsi başa çatan müdafiəçiləri Davide Kalabria və Alessandro Florenzi, yarımmüdafiəçi Teyani Reyndersi (55 milyon avroya "Mançester Siti"yə), həmçinin icarə əsasında klubda çıxış edən Rikkardo Sottil, Kayl Uoker, Tammi Abraham və Joao Feliksi itirib. Hücumçu Luka Yoviç də azad agent kimi ayrılıb.







İtaliya S.A.

Luka Modriç bu nömrəni seçdi
  • İtaliya S.A.
  • 19:26 13.07.2025
Luka Modriç bu nömrəni seçdi
 Edin Ceko “Fiorentina”da
  • İtaliya S.A.
  • 17:23 10.07.2025
Edin Ceko “Fiorentina”da
“O, fərqli seçim etdi”
  • İtaliya S.A.
  • 18:16 07.07.2025
“O, fərqli seçim etdi”