15 iyul 2025. Çərşənbə axşamı

“Yuventus” Vlahoviçlə yolları ayırmağa hazırlaşır


“Yuventus” Vlahoviçlə yolları ayırmağa hazırlaşır

“Yuventus” klubu hücumçu Duşan Vlahoviçlə yolları ayırmağa qərar verib.

90deqiqe.Az-ın məlumatına görə, tərəflər əməkdaşlığı davam etdirmək niyyətində deyil və “qoca sinyora” artıq futbolçu üçün təklif gözləyir.

Turin təmsilçisi serbiyalının transferindən 20 milyon avro qazanmaq istəyir. Lakin bu prosesi çətinləşdirən əsas amil hücumçunun yüksək maaşıdır. Hazırda 25 yaşlı futbolçu illik 12 milyon avro qazanır və bu məbləği qarşılamağa hazır olan klubların sayı çox deyil.

Qeyd olunur ki, Vlahoviç artıq Türkiyə və Səudiyyə Ərəbistanı klublarına keçidi qəti şəkildə istisna edib. Belə görünür ki, onun gələcəyi ilə bağlı vəziyyət avqust ayının sonunadək dəqiqləşməyə bilər.

Duşan Vlahoviçin “Yuventus”la müqaviləsi 2026-cı ilin yayında başa çatır.







İtaliya S.A.

Luka Modriç “Milan”da!
  • İtaliya S.A.
  • 22:44 14.07.2025
Luka Modriç “Milan”da!
Luka Modriç bu nömrəni seçdi
  • İtaliya S.A.
  • 19:26 13.07.2025
Luka Modriç bu nömrəni seçdi
 Edin Ceko “Fiorentina”da
  • İtaliya S.A.
  • 17:23 10.07.2025
Edin Ceko “Fiorentina”da
“O, fərqli seçim etdi”
  • İtaliya S.A.
  • 18:16 07.07.2025
“O, fərqli seçim etdi”