14 iyul 2025. Bazar ertəsi

“Betis”dən “Komo”ya


 “Betis”dən “Komo”ya

İspaniyanın “Betis” klubunun yarımmüdafiəçisi Xesus Rodriqes İtaliyanın “Komo” komandasına keçib.

90deqiqe.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

“Komo”nun baş məşqçisi Sesk Fabreqas gənc futbolçu barədə yüksək fikirdədir:

“Xesus bizim klub üçün lazım olan oyunçudur. O, qorxmaz, enerjili və müdafiəçiləri keçmək üçün doğma istedada malikdir. Birgə işə başlamağı səbirsizliklə gözləyirəm”.

Keçən mövsümdə 19 yaşlı Rodriqes 44 oyunda iştirak edib, 5 qol vurub və 4 məhsuldar ötürmə verib. Onun dəyəri 30 milyon avro qiymətləndirilir. Qeyd edək ki, həmin matçların 12-si “Betis”in ehtiyat komandasında keçirilib, burada isə 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.







İtaliya S.A.

Luka Modriç bu nömrəni seçdi
  • İtaliya S.A.
  • 19:26 13.07.2025
Luka Modriç bu nömrəni seçdi
 Edin Ceko “Fiorentina”da
  • İtaliya S.A.
  • 17:23 10.07.2025
Edin Ceko “Fiorentina”da
“O, fərqli seçim etdi”
  • İtaliya S.A.
  • 18:16 07.07.2025
“O, fərqli seçim etdi”