5 dekabr 2025. Cümə

"Modriç "Milan"ın əsas oyunçularından biri olacaq"


"Modriç "Milan"ın əsas oyunçularından biri olacaq"

“Milan” klubunun yeni baş məşqçisi Massimiliano Alleqri yay transferindən sonra komandaya qoşulacaq yarımmüdafiəçi Luka Modriç haqqında danışıb.

90deqiqe.Az-ın “Milan News”a istinadən yaydığı xəbərə görə, təcrübəli çalışdırıcı xorvatiyalının “Real” Madridlə müqaviləsi başa çatdıqdan sonra avqust ayında “Milan”ın düşərgəsinə qoşulacağını təsdiqləyib.

“Onun gəlişini səbirsizliklə gözləyirik. O, komanda üçün açar və fövqəladə oyunçudur. Hazırda bizdə Rikkçi, Modriç, Lofts-Çik var — o, iki il əvvəl 12 qol vurub və çox vacib oyunçudur. Həmçinin Fofana, Bondo və Musa da heyətdədir. Mərkəz xətti üçün əla seçimlərimiz var. Mütləq şəkildə üç yarımmüdafiəçi ilə oynayacağıq və heyəti futbolçuların fərdi xüsusiyyətlərinə uyğun quracağıq. Məqsədim onların potensialını maksimum dərəcədə üzə çıxarmaqdır”

Xatırladaq ki, Luka Modriç 2025-ci il Klub Dünya Çempionatından sonra tibbi müayinədən keçəcək və “Milan”a rəsmi olaraq qoşulacaq.







İtaliya S.A.

“Kivu ilə daha çox pressinq edirik”
  • İtaliya S.A.
  • 23:59 02.12.2025
“Kivu ilə daha çox pressinq edirik”