14 may 2026. Cümə axşamı

Edin Ceko “Fiorentina”da


 Edin Ceko “Fiorentina”da

İtaliyanın “Fiorentina” klubu təcrübəli hücumçu Edin Cekonu transfer edib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən məlumatına görə, 39 yaşlı futbolçu ilə ilkin olaraq 30 iyun 2026-cı ilədək müddəti əhatə edən müqavilə bağlanıb. Müəyyən şərtlər yerinə yetiriləcəyi halda, sözləşmə avtomatik olaraq 2027-ci ilin yayına qədər uzadılacaq.

Geridə qalan mövsümdə bosniyalı “Fənərbağça” formasında 53 oyunda iştirak edib, 21 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Karyerası ərzində o, “Volfsburq”, “Mançester Siti”, “Roma” və “İnter” kimi nəhəng klubların formasını geyinib. Ümumilikdə klub səviyyəsində 369 qol vurub, 153 asist edib.

Təcrübəli forvardın aktivində həmçinin Almaniya Bundesliqası çempionluğu, iki dəfə İngiltərə Premyer Liqası qalibiyyəti, İngiltərə Kuboku, Liqa Kuboku, Superkubok, eləcə də iki dəfə İtaliya Kuboku və Superkuboku titulları var.

Bosniya və Herseqovina milli komandasında 141 matça çıxan Ceko 68 qola və 29 məhsuldar ötürməyə imza atıb.







İtaliya S.A.

“Fabreqas uğur qazanmağı bacardı”
  • İtaliya S.A.
  • 21:27 14.05.2026
“Fabreqas uğur qazanmağı bacardı”
 “Kremoneze” evdə qələbə qazandı
  • İtaliya S.A.
  • 21:23 10.05.2026
“Kremoneze” evdə qələbə qazandı
“Fiorentina” evdə xal itirdi
  • İtaliya S.A.
  • 21:15 10.05.2026
“Fiorentina” evdə xal itirdi
“Yuventus”a bir qol bəs etdi
  • İtaliya S.A.
  • 01:05 10.05.2026
“Yuventus”a bir qol bəs etdi