3 iyul 2026. Cümə

“Sən bu klubun tarixinə adını yazdın”


“Sən bu klubun tarixinə adını yazdın”

"Milan"ın hücumçusu Rafael Leau komandanı tərk edən Teo Hernandesə vida mesajı ünvanlayıb.

90deqiqe.Az xəbər verir ki, portuqaliyalı forvard fransalı futbolçunu klub tarixində iz qoyan oyunçu kimi dəyərləndirib:

“Sən bu klubun tarixinə adını yazdın” — deyə o, sosial media hesabında qeyd edib.

Xatırladaq ki, Teo Ernandes “Milan”a 2019-cu ildə qoşulmuşdu və altı il ərzində komandanın ayrılmaz simasına çevrilmişdi. O, bu müddət ərzində “rossoneri”nin heyətində 262 oyunda forma geyinib və 2021/2022 mövsümündə komandanın İtaliya çempionluğuna gedən yolda əsas fiqurlardan biri olub. Həmin mövsüm “Milan” 11 illik fasilədən sonra “A” Seriyasında qızıl medallara sahib çıxmışdı.

Əlavə edək ki, Əl-Hilal” klubu ötən günlərdə futbolçu ilə 2028-ci ilin yayına qədər imzalayıb.







İtaliya S.A.

"Roma" Dibalanı komandada saxlayır
  • İtaliya S.A.
  • 22:28 02.07.2026
"Roma" Dibalanı komandada saxlayır
"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı