14 dekabr 2025. Bazar günü

“Yeni mərhələyə başlamaqdan məmnunam”


“Yeni mərhələyə başlamaqdan məmnunam”

Xorvatiyalı yarımmüdafiəçi Luka Modriç İtaliyaya gələrək “Milan” klubu ilə müqavilə imzalamaq məqsədilə ilk açıqlamasını verib.

90deqiqe.Az xəbər verir ki, “Milan”ın rəsmi sosial şəbəkə hesablarında yayımlanan videomüraciətində təcrübəli futbolçu bunları deyib:

“Hamınıza salam! Az əvvəl Milana endim. Burada olduğum üçün çox xoşbəxtəm və karyeramda yeni mərhələyə başlamaqdan məmnunam. Hamınızı qucaqlayıram!”

39 yaşlı futbolçunun yaxın günlərdə tibbi müayinədən keçərək “rossoneri” ilə rəsmi müqavilə imzalayacağı gözlənilir.

Daha əvvəl mətbuatda 39 yaşlı futbolçunun "rossoneri" ilə 2026-cı ilə qədər bir mövsüm uzatma imkanı ilə əmək müqaviləsi bağlayacağı və Modriçin "Milan"da maaşının 3-3,5 milyon avro ola biləcəyi barədə xəbərlər yayılmışdı.







İtaliya S.A.

“Komo” hücumçusunu itirdi
  • İtaliya S.A.
  • 21:07 12.12.2025
“Komo” hücumçusunu itirdi