- İtaliya S.A.
- 00:57 17.03.2026
“Milan” klubu xorvatiyalı yarımmüdafiəçi Luka Modriçin transferini rəsmən açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, 39 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb. Saziş bir illik müddəti əhatə edir, lakin tərəflərin razılığı ilə daha bir mövsüm uzadıla bilər. Təcrübəli futbolçu yeni klubunda 14 nömrəli forma ilə çıxış edəcək.
Təcrübəli oyunçu son 13 ili Madrid “Real”ında keçirib. O, “kral klubu”nun heyətində 597 matçda iştirak edib, 49 qol vurub və 95 məhsuldar ötürmə verib. Modriç İspaniya nəhəngi ilə ümumilikdə 27 kubok qazanıb. Bunlar arasında 6 dəfə Çempionlar Liqasının qalibi olması xüsusi qeyd olunur.
Fərdi mükafatlar baxımından Luka Modriç 2018-ci ildə “Qızıl top”, eləcə də UEFA və FIFA tərəfindən ilin futbolçusu adına layiq görülüb.
Xorvatiya millisinin heyətində 188 oyun keçirən Modriç dünya çempionatının finalçısı və bürünc medalçısı olub.