- İtaliya S.A.
- 00:57 17.03.2026
“Latsio”nun baş məşqçisi Mauritsio Sarri səhər məşqini buraxıb.
90deqiqe.Az-ın “Corriere dello Sport”a istinadən yaydığı xəbərə görə, 66 yaşlı mütəxəssis ürəyindəki problemlərlə bağlı Romada yerləşən xüsusi klinikaya müraciət edib və geniş tibbi müayinədən keçib.
Qeyd olunur ki, Sarridə ürək problemləri bir neçə il öncə keçirdiyi pnevmoniya və COVID-19 infeksiyasından sonra yaranıb. İtalyan çalışdırıcının həmçinin siqaretə aludəçiliyi və ənənəvi İtaliya mətbəxinə həvəsi olduğu vurğulanır.
Buna baxmayaraq, “Latsio” klubunun mətbuat xidməti gün ərzində rəsmi açıqlama yayaraq Sarri-nin artıq komandanın düşərgəsinə döndüyünü və axşam məşqində iştirak etdiyini bildirib.
Qeyd edək ki, “Latsio” ötən mövsümü A Seriyasında yeddinci sırada başa vurmuş və Avropa Liqasını dörddəbir final mərhələsində tərk etmişdi.