- İtaliya S.A.
- 00:57 17.03.2026
“Milan”ın yeni transferi Luka Modriç klubun rəsmi YouTube kanalına verdiyi müsahibədə futbol uzunömürlülüyünün sirrini açıqlayıb.
90deqiqe.Az-ın məlumatına görə, 39 yaşında “rossoneri”nin heyətinə qoşulan xorvatiyalı ulduz hələ də yüksək səviyyədə çıxış etməsinin səbəbini oyuna olan sevgisi ilə əlaqələndirib:
“Hər zaman deyirəm: mənim üçün ən vacib olan futbolun özünə olan sevgidir. Bu hiss məndə hələ də var və içimdəki alov sönməyib. Məhz bu hiss məni hər gün daha çox çalışmağa, zirvədə qalmaq üçün öz üzərimdə işləməyə, sağlam həyat tərzi keçirməyə və ailəmlə birlikdə balansı qorumağa vadar edir. Bu, bir çox amilin vəhdətidir, amma mənim üçün əsas səbəb futbola olan güclü sevgimdir”, — deyə Modriç bildirib.
Qeyd edək ki, Modriç bu yay “Real Madrid”dən ayrılaraq azad agent kimi “Milan”a keçib.