19 mart 2026. Cümə axşamı

Maksimo Perrone “Komoda” qaldı


Maksimo Perrone “Komoda” qaldı

Argentina millisinin və “Mançester Siti”nin yarımmüdafiəçisi Maksimo Perrone karyerasını İtaliyada davam etdirəcək.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, “Komo" 21 yaşlı futbolçunun hüquqlarını "şəhərlilər"dən alıb.

Perrone ilə imzalanan müqavilə 2029-cu ilin yayına qədər qüvvədə olacaq. Argentinalı futbolçu ötən mövsümü məhz bu klubda icarə əsasında keçirmişdi.

“Komo"da qalmaqdan məmnunam. Ötən mövsüm burada hər şeylə – məşqçi heyəti, komanda yoldaşları, şəhər və azarkeşlərlə gözəl münasibətlər qurmuşdum. Əminəm ki, birgə daha bir çox xoş anlar yaşayacağıq”, – deyə Perrone klub saytına açıqlamasında bildirib.

Keçid məbləği rəsmi olaraq açıqlanmasa da, yerli KİV-lər “Komonun” bu transfer üçün “Mançester Siti”yə 13 milyon avro ödədiyini yazır. Perrone ötən mövsüm A Seriyasında 26 oyuna çıxıb, 3 məhsuldar ötürmə ilə yadda qalıb.







İtaliya S.A.

"Roma" səfərdə "Komo"ya uduzdu
  • İtaliya S.A.
  • 23:11 15.03.2026
"Roma" səfərdə "Komo"ya uduzdu
 "Napoli"dən çətin qələbə
  • İtaliya S.A.
  • 23:07 14.03.2026
"Napoli"dən çətin qələbə