30 yanvar 2026. Cümə

“De Bruyne “Napoli”nin oyun sisteminə mükəmməl uyğun gəlir”


“De Bruyne “Napoli”nin oyun sisteminə mükəmməl uyğun gəlir”

“Napoli”nin baş məşqçisi Antonio Konte komandanın yeni transferi Kevin De Bruynenin taktiki sxemlərdəki yerini şərh edib.

90deqiqe.Az “Sky Sport Italia”ya istinadən xəbər verir ki, təcrübəli çalışdırıcı belçikalı yarımmüdafiəçiyə böyük ümidlər bəslədiyini bildirib.

“De Bruyne “Mançester Siti”dəki çıxışına əsasən trəkvartista kimi çıxış edə biləcək xüsusiyyətlərə malikdir. O, topa sahib olduqda başqalarının görə bilmədiyini görən, istedadlı və fərqli keyfiyyətlərə sahib bir futbolçudur. Qarşımızda dörd turnir var. Bu səbəbdən hansısa oyunçunu əsas heyət üzvü, digərlərini isə ehtiyat saymaq düzgün olmaz. Belə yanaşma bizi kiçik düşüncəyə sürükləyə bilər”

Xatırladaq ki, Kevin De Bruyne 10 il oynadığı “Mançester Siti”dən ayrılaraq “Napoli”yə keçib. Onun İngiltərə klubu ilə müqaviləsi 2025-ci il iyunun 30-da başa çatmalı idi. Neapol təmsilçisi qarşıdakı mövsümdə A Seriyası, UEFA Çempionlar Liqası, həmçinin İtaliya Kuboku və Superkubokunda mübarizə aparacaq.







İtaliya S.A.

“Pulişiç üçün MLS hələ tezdir”
  • İtaliya S.A.
  • 10:56 27.01.2026
“Pulişiç üçün MLS hələ tezdir”