29 iyun 2026. Bazar ertəsi

Verratti bu klubun ortaq sahibi olacaq


Verratti bu klubun ortaq sahibi olacaq

Qətərin "Əl-Duxail" klubunda çıxış edən italiyalı yarımmüdafiəçi Marko Verratti doğma klubu "Peskara"nın 50%-lik səhmlərini alaraq klubun həmsahibi olacaq.

90deqiqe.Az-ın "La Gazzetta dello Sport"a istinadən verdiyi məlumata görə, 32 yaşlı futbolçunun rəhbərlikdə də təmsil olunması planlaşdırılır — klubun idarə heyətinə Verrattinin nümayəndəsi daxil ediləcək.

Qeyd edək ki, Marko Verratti məhz "Peskara"nın yetirməsidir. O, bu komandanın əsas heyətində 2008–2012-ci illərdə çıxış edib. Daha sonra "Paris Sen-Jermen"ə keçən futbolçu 2023-cü ildə Qətərə yollanaraq əvvəlcə "Əl-Ərabi", 2024-cü ilin yayında isə "Əl-Duxail"ə transfer olunub.

"Peskarа" son mövsümün nəticələrinə əsasən B Seriyasına vəsiqə qazanıb. Klubun ən böyük uğurları isə 1986/87 və 2011/12 mövsümlərində B Seriyasının qalibi olmasıdır.







İtaliya S.A.

"Yuventus"dan Kolo-Muani açıqlaması
  • İtaliya S.A.
  • 22:36 29.06.2026
"Yuventus"dan Kolo-Muani açıqlaması
Serxi Roberto "Komo"dan ayrıldı
  • İtaliya S.A.
  • 22:24 18.06.2026
Serxi Roberto "Komo"dan ayrıldı